Həyətinizdə 5 ulduzlu SPA

Outdoor SPA kompleks — həyətinizdə fərdi SPA

Outdoor SPA kompleksi sauna otağı, buxar otağı, duz otağı, türk hamamı, süpürgə otağı, masaj otağı, isti/soyuq vanna və ya hovuz, sanuzel, WC və istirahət otağını bir araya gətirir.

Hər detalı incəliklə düşünülmüş bu layihə evinizin həyətində 5 ulduzlu otel səviyyəsində fərdi SPA və sağlamlıq mərkəzi yaradır. Bütün bərpaedici prosedurları vahid məkanda birləşdirərək maksimum rahatlıq və dincəlmə bəxş edir. Qəbələdə tikdiyimiz SPA kompleksi otel və istirahət mərkəzləri üçün də ideal həll olduğunu göstərir.

Tutum4–15 nəfər
Təxmini qiymət15.000 – 45.000 AZN

* Qiymət ölçü, material, soba və əlavə seçimlərdən asılı olaraq dəqiqləşdirilir. Qiymət kalkulyatoru →

Üstünlüklər

  • Bütün SPA prosedurları bir məkanda
  • Otel və istirahət mərkəzləri üçün ideal
  • Hovuz və isti/soyuq vanna inteqrasiyası
  • Dekorativ daş, Himalay duzu, kötük dekoru
  • Layihələndirmədən quraşdırmaya qədər tam xidmət

Daxili taxta seçimi

Standart olaraq lipa (cökə); istəyə görə termo lipa, kedr, abaşi və ya tik.

Soba

Harvia və ya SAWO — odun və ya elektrik. Sobalar →

Tutum

4–15 nəfər

Texniki məlumat

Ölçü, pəncərə, qapı və dekor fərdi seçilir.

Necə qurulur

Bütün çöl saunalarımızda istifadə olunan konstruksiya

01

Suya davamlı xarici üzlük

Xarici hissə termo-işlənmiş qırmızı şam — listvenica (gəmi taxtası) ilə üzlənir: yağışa, qara və yüksək rütubətə dayanıqlıdır.

02

Sağlam daxili taxta

Daxili hissə ekoloji təmiz lipa (cökə) ağacından yığılır. İstəyə görə kedr, abaşi (abachi) və ya tik taxtası.

03

Çoxtəbəqəli izolyasiya

Divarlarda mineral daş yunu və taxtalararası xüsusi membran: istilik içəridə qalır, buxar karkasa keçmir, sauna uzunömürlü olur.

04

İkiqat qorunan dam

Tegola örtüyü və altında möhkəm tol qatı. Modelə görə ondulin və ya profnastil seçimi də var.

Outdoor SPA kompleks — Qəbələ
Bu modeldən layihəmiz

Outdoor SPA kompleks

Qəbələ

Hovuz kənarında istirahət zonası və geniş sauna otağı olan SPA kompleksi. Kötük dekoru, işıqlı tavan paneli və çoxpilləli oturacaqlar.

Layihələr

Tez-tez verilən suallar

SPA kompleksinin qiyməti nə qədərdir?

Tərkib və ölçüdən asılı olaraq təxminən 15 000 – 45 000 AZN.

Otel və istirahət mərkəzləri üçün uyğundurmu?

Bəli. 4–15 nəfərlik tutumu ilə qonaqlara əlavə xidmət və cazibə yaradır. Qəbələdə belə bir kompleks tikmişik.

Hansı soba quraşdırılır — odun, yoxsa elektrik?

Hər ikisi mümkündür. Saunanın həcminə və istifadə qaydanıza uyğun olaraq Harvia və SAWO-nun odun və elektrik sobalarından birini birlikdə seçirik.

Bölgələrdə də quraşdırırsınız?

Bəli. Bakı və Abşerondan başqa Azərbaycanın bütün bölgələrində sauna tikintisi və quraşdırma xidməti göstəririk. Qəbələ, Qax, İsmayıllı və digər bölgələrdə tamamlanmış layihələrimiz var.

Digər modellər

Bütün modellər
Barrel Sauna

Barrel Sauna

Klassik görünüşü və yuvarlaq forması ilə həm göz oxşayan, həm də praktik sauna.

2–6 nəfər 6.000 – 12.000 AZN
Yarımdairəvi və Oval Sauna

Yarımdairəvi və Oval Sauna

Qövs formalı tavanı sayəsində istiliyi daxildə bərabər yayır və məkana premium görünüş bəxş edir.

4–8 nəfər 8.000 – 15.000 AZN
Kub Sauna

Kub Sauna

Müasir və minimalist dizayn sevənlər üçün. Kompakt forması və daxili quruluşu ilə çox rahatdır.

2–6 nəfər 6.000 – 12.000 AZN

Faydalı məqalələr

Bütün məqalələr
Sifariş və ya məsləhət

Outdoor SPA Kompleks sifarişi

Ölçü, model, taxta və soba seçimində pulsuz məsləhət veririk. Yazın — layihənizi müzakirə edək və təxmini qiyməti bildirək.

WhatsApp+994 10 101 06 36 Telefon+994 10 101 06 36
İş saatlarıB.e. – Şənbə: 10:00 – 19:00 · Bazar: 10:00 – 17:00

Formu doldurun — mesaj birbaşa WhatsApp-a hazır şəkildə açılacaq. Adətən iş saatlarında qısa müddətdə cavab veririk.

WhatsApp-da yazın