Sauna tikintisi xidməti

Azərbaycanda sauna tikintisi

Ev, bağ evi, villa, otel və istirahət mərkəzləri üçün fərdi ölçü və dizaynda saunalar tikirik. Fin saunası, buxar otağı, türk hamamı və tam SPA kompleksləri — layihələndirmə, material seçimi, istehsal və quraşdırma bir komandadan.

Barrel Sauna Azərbaycanın ilk çöl saunalarını inşa edən şirkətdir. İstehsalatımız Bakıdadır, quraşdırmanı isə bütün bölgələrdə həyata keçiririk.

Azərbaycanda sauna tikintisi

Nə tikirik

Çöl saunaları

Çöl saunaları

Barrel, oval, kub, kabin və kotec saunalar — həyətiniz və bağ eviniz üçün, 2–20 nəfər.

Daxili saunalar

Daxili saunalar

Evin, villanın, otelin istənilən otağında ölçüyə görə lipa, kedr, abaşi saunalar.

Sauna və jakuzi

Sauna və jakuzi

Sauna ilə jakuzi və ya isti/soyuq vannanı birləşdirən hazır həllər.

Sauna tikintisi xidməti

Xidmətə nələr daxildir

Layihələndirmə

Ölçü, plan, oturacaq düzülüşü və lazım olduqda 3D vizualizasiya.

Material seçimi

Listvenica, lipa, termo lipa, kedr, abaşi, tik; dekorativ daş, Himalay duzu, kötük dekoru.

İzolyasiya

Mineral daş yunu və membrandan ibarət çoxtəbəqəli istilik və buxar izolyasiyası.

Soba və avadanlıq

Harvia və SAWO odun və elektrik sobaları, idarəetmə panelləri, aksesuarlar.

İstehsal və yığım

Bakıdakı istehsalatımızda hazırlanır, yerində peşəkar ustalar tərəfindən yığılır.

Bütün bölgələrə

Bakı, Abşeron və Azərbaycanın bütün bölgələrində quraşdırma.

  1. 1Məsləhət və ölçü
  2. 2Layihə və vizualizasiya
  3. 3İstehsal
  4. 4Quraşdırma və təhvil

Sauna tikintisi qiymətləri

Çöl saunası modelləri üçün təxmini qiymət aralıqları. Daxili saunaların qiyməti otağın ölçüsünə və seçilən materiallara görə fərdi hesablanır.

ModelTutumTəxmini qiymət
Barrel Sauna2–6 nəfər6.000 – 12.000 AZN
Yarımdairəvi və Oval Sauna4–8 nəfər8.000 – 15.000 AZN
Kub Sauna2–6 nəfər6.000 – 12.000 AZN
Kabin Sauna4–8 nəfər8.000 – 15.000 AZN
Kotec Sauna4–20 nəfər10.000 – 50.000 AZN
Outdoor SPA Kompleks4–15 nəfər15.000 – 45.000 AZN

* Qiymət ölçü, material, soba və əlavə seçimlərdən asılı olaraq dəqiqləşdirilir.

Tikdiyimiz saunalardan

Bakı və Abşerondan Qəbələ, Qax, İsmayıllı, Şamaxı, Quba, Qusar, Şəki, Lənkəran və Gəncəyə qədər — Azərbaycanın bütün bölgələrində sauna tikintisi və quraşdırma.

Layihələr

Tez-tez verilən suallar

Sauna tikintisi neçəyə başa gəlir?

Çöl saunaları təxminən 6 000 AZN-dən başlayır (barrel və kub sauna 6 000 – 12 000 AZN), kotec sauna 10 000 – 50 000 AZN, SPA kompleks 15 000 – 45 000 AZN. Daxili sauna qiyməti otağın ölçüsünə və materiallara görə hesablanır.

Fin saunası ilə buxar otağı (rus banyası) arasında fərq nədir?

Fin saunası quru isti hava ilə işləyir (yüksək temperatur, aşağı rütubət), buxar otağında isə temperatur daha aşağı, rütubət daha yüksəkdir. Kotec sauna və SPA komplekslərində hər ikisini bir layihədə birləşdirmək mümkündür.

Sauna tikintisinə nə daxildir?

Layihələndirmə, material seçimi, çoxtəbəqəli izolyasiya, istehsal, yerində yığım, soba və aksesuarların quraşdırılması. Detalları layihəyə görə razılaşdırırıq.

Mövcud otaqda sauna tikmək olarmı?

Bəli, daxili saunalar mövcud otağın ölçüsünə uyğun sıfırdan yığılır və divarlar xüsusi izolyasiya ilə buxardan qorunur.

Bölgələrdə sauna tikirsinizmi?

Bəli. Qəbələ, Qax (İlisu), İsmayıllı və digər bölgələrdə tamamlanmış layihələrimiz var.

Faydalı məqalələr

Bütün məqalələr
Sifariş və ya məsləhət

Saunanızı birlikdə planlaşdıraq

Ölçü, model, taxta və soba seçimində pulsuz məsləhət veririk. Yazın — layihənizi müzakirə edək və təxmini qiyməti bildirək.

WhatsApp+994 10 101 06 36 Telefon+994 10 101 06 36
İş saatlarıB.e. – Şənbə: 10:00 – 19:00 · Bazar: 10:00 – 17:00

Formu doldurun — mesaj birbaşa WhatsApp-a hazır şəkildə açılacaq. Adətən iş saatlarında qısa müddətdə cavab veririk.

WhatsApp-da yazın